Putin Səudiyyə şahzadəsi ilə Ukraynanı müzakirə etdi

01:22 - 23 Sentyabr 2022 - GÜNDƏM

 Putin Səudiyyə şahzadəsi ilə Ukraynanı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefonda danışıb.

Buta.ws xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ukrayna ilə bağlı son vəziyyəti, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi məsələsini müzakirə ediblər.

“Vəliəhd şahzadənin şəxsi vasitəçiliyi ilə Donbasda hərbi əməliyyatlarda iştirak etmiş əcnəbi vətəndaşların Səudiyyə Ərəbistanı tərəfinə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə olunub”, - deyə bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol