BMT-nin qərargahı önündə erməni təxribatına etiraz…

00:14 - 23 Sentyabr 2022 - GÜNDƏM

 BMT-nin qərargahı önündə erməni təxribatına etiraz…

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də və 13-də Azərbaycanla sərhəddə törətdiyi təxribata etiraz məqsədilə BMT-nin ABŞ-ın Nyu York şəhərindəki mənzil-qərargahı önündə aksiya keçiriləcək.

Buta.ws Report-a istinadən xəbər verir ki, dinc aksiya Nyu Yorkda yaşayan həmyerlilərimizin təşəbbüsü ilə baş tutacaq.

Aksiyada məqsəd sərhəddə baş verənləri və Azərbaycanın haqq səsini Baş Assambleyanın 77-ci sessiyasının yüksək səviyyəli iclaslarında iştirak edən dövlət və hökumət nümayəndələri, diplomatlar, yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

Nyu York polisi aksiyada iştirak edən azərbaycanlıların təhlükəsizliyini təmin edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol