Tiflisdən Bakı və İrəvana: Dialoq mərkəzi olmağa hazırıq!

22:28 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Tiflisdən Bakı və İrəvana: Dialoq mərkəzi olmağa hazırıq!

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək niyyətindədir.

Buta.ws xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının tribunasında çıxışı zamanı deyib.

"Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Artıq uğurlu işlərimiz olub. Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin müqabilində 15 erməni hərbi əsirinin sağ-salamat geri qaytarması…", - Qaribaşvili bildirib.

O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib:

"Bölgəmizdə çox vacib olan sülh və sabitliyin bərqərar olması üçün biz dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol