Fəhlələri daşıyan mikroavtobus aşdı: ölən var

20:24 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Fəhlələri daşıyan mikroavtobus aşdı: ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Buta.ws-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun 140-cı kilometrliyində, Şabran rayonundan keçən hissədə qeydə alınıb.

10 0F 572 nömrəli "Mersedes" markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan 77 BC 230 dövlət qeydiyyat nişanlı "Şevrolet" markalı avtomobili ötmək istəyərkən toqquşub.

Hadisə nəticəsində mikroavtobus sürücüsü idarəetməni itirərək maşını aşırıb.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər- 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu isə hadisə yerində dünyasını dəyişib, 10 sərnişin xəstəxanaya yerləşdirilib.

Məlumata görə, mikroavtobusda olan sərnişinlər fəhlələr olub.

Mikroavtobusda 14 nəfər olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol