ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq etdi

19:56 - 22 Sentyabr 2022 - GÜNDƏM

 ABŞ İranın əxlaq polisinə sanksiya tətbiq etdi

ABŞ Məhsa Əmininin öldürülməsinə görə İranın əxlaq polisinə sanksiyalar tətbiq edib.

Buta.ws xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ İran Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəriyə, həmçinin daha beş vəzifəli şəxsə də sanksiya qoyub.

Xatırladaq ki, İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını öldürməsinə etirazlar səngimir və hazırda ölkənin onlarla şəhərində nümayişlər keçirilir. Etiraz aksiyaları Güney Azərbaycan şəhərlərində də geniş vüsət alıb. Polislə vətəndaşlar arasında mütəmadi toqquşmalar baş verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol