Kəlbəcərdə növbəti təxribat cəhdi: Ombudsmandan reaksiya

17:52 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Kəlbəcərdə növbəti təxribat cəhdi: Ombudsmandan reaksiya

Ombudsman Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə növbəti təxribat cəhdini pisləyib.

Ombudsman Aparatından Buta.ws-a daxil olan məlumatda deyilir:

"22 sentyabr gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuş, habelə diversiya qrupu tərəfindən həmin ərazilərdə dərə boşluqları minalanmaqla basqına cəhd göstərilib.

Ermənistan tərəfinin bu cür təxribatlara yol verməməklə bağlı çağırışlara məhəl qoymaması sülh quruculuğu prosesinə və beynəlxalq hüququn tələblərinə laqeyd yanaşmanın növbəti göstəricisidir.

Ombudsman olaraq, aidiyyəti beynəlxalq təşkilatları insan hüquqlarına ciddi təhdid yaradan bu kimi hallarla bağlı təsirli tədbirlər görməyə və Ermənistanın təxribatçı əməllərini qəti şəkildə qınamağa çağırıram".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol