Azərbaycanın təhlükəsizlik zonası yaratması... - Verdiyev

17:34 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Azərbaycanın təhlükəsizlik zonası yaratması... - Verdiyev

Ermənistan tərəfinin sentyabr ayının 12-dən 13-nə keçən gecə törətdiyi təxribatlar bir daha onu göstərdi ki, məğlub ölkə son iki il ərzində başına gələn ağrılı-acılı fəlakətlərdən heç də doğru nəticə çıxarmayıb.

Bu sözləri Buta.ws-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsiz zonanın yaradılması ilə bağlı danışarkən deyib.

“Azərbaycan tərəfi həm Zəngəzurda xidmət edən silahlı qüvvələrin şəxsi heyətinin, həm də azad olunan ərazilərdə bərpa quruculuq işləri ilə məşğul olan vətəndaşlarımızın həyatı təhlükəsizliyinin təmin edilməsi üçün tarixi ərazilərimizdə təhlükəsiz zona yaratmaq məcburiyyətindədir. Belə bir zonanın yaradılması, gələcəkdə Azərbaycan ərazilərinin daha təhlükəsiz vəziyyətə gətirilməsi üçün real çıxış yoludur”, - Ədalət Verdiyev deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol