Abşeronda şəhid Rüstəm Turabovun doğum günü qeyd edilldi

16:54 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Abşeronda şəhid Rüstəm Turabovun doğum günü qeyd edilldi

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Rüstəm Fərman oğlu Turabovun anadan olmasının 24-cü il dönümü qeyd edilib.

Buta.ws xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Abşeron RİH başçısının müavini Gülnar Rəhimova daha sonra şəhidimizin əvvəllər yaşadığı Güzdək qəsəbəsindəki evinə gələrək onun ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid ailə üzvləri də dövlət səviyyəsində onlara hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol