İran yeni ballistik raketini təqdim etdi

16:30 - 22 Sentyabr 2022 - GÜNDƏM

 İran yeni ballistik raketini təqdim etdi

İran Aerokosmik Qüvvələri SEPAH-ın Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin parad mərasimində yeni “Rizvan” ballistik raketini təqdim edib.

Buta.ws xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, “Rizvan” raketi çıxarıla bilən döyüş başlığına malik birpilləli orta mənzilli, maye yanacaqlı raketdir. Raketin maksimal uçuş məsafəsi 1400 km-dir.

Paradda həmçinin, “Xeybər-Şekyan” raket kompleksi də nümayiş etdirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol