Ərdoğan "Mir" ödəniş sistemini müzakirə edəcək

15:28 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın “Mir” ödəniş sistemini müzakirə etmək üçün yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.

Buta.ws xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

“Görüş zamanı Rusiya ilə razılaşmalar, son vaxtlar İstanbul birjasında yaranmış qeyri-sabit və ümumi iqtisadi vəziyyət müzakirə ediləcək. Həmçinin, Qərbin Moskvaya qarşı tətbiq edə biləcəyi mümkün sanksiyalar da nəzərdən keçiriləcək”, - məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyənin “İş Bankı” və "Dəniz Bankı" Rusiyanın “Mir” ödəniş sistemi ilə işləməyi dayandırmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol