Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən açıqlama

14:00 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən açıqlama

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsil orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir.

Bu barədə Buta.ws-a Elm və Təhsil Nazirliyindən bildirilib.

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bir sıra məktəblərdə ibtidai sinif şagirlərinin hələ də dərsliklə tam təmin olunmadıqları ilə bağlı məlumatlar yayılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol