Erməni eks-prezidentlər görüşür: Paşinyana dəstək...

13:30 - 22 Sentyabr 2022 - GÜNDƏM

 Erməni eks-prezidentlər görüşür: Paşinyana dəstək...

Yaxın günlərdə, bəlkə də bu gün Ermənistanın üç eks-prezidenti Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan və bütün ermənilərin katolikosu II Qareginin birgə görüşü baş tutacaq.

Buta.ws xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Ermənistan ictimaiyyəti bu qrupun hakimiyyət dəyişikliyinə və ölkəni ələ keçirəcəyinə böyük ümid bəsləyir. Amma məsələ heç də belə deyil. Eçmiədzində baş tutacağı ehtimal olunan görüşdə mövzu Ermənistanın acınacaqlı vəziyyəti və mövcud vəziyyətdən çıxış yollarının axtarışı olacaq. Burada ən fəal rolu Levon Ter-Petrosyan oynayacaq. O, qarşıdurmaya getsək və Azərbaycana təslim olmasaq, ölkəmizi hansı təhlükələrin gözlədiyini bizə izah edəcək. Və bizi inandırmağa çalışacaq ki, hazırkı iqtidara dəstək olmaq üçün bir yerdə olmalıyıq”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol