Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyi arzulayır” — Zakir Həsənov

Ölkə
"Azərbaycan Ordusu düşmənə layiqli cavab verməyi arzulayır”     — Zakir Həsənov

Bakıda, İkinci Fəxri Xiyabanın yaxınlığında yeni şəhidlər xiyabanının salınması barədə məsələyə aydınlıq gətirilib.


BUTA.WS xatırladır ki, ərazidə sıra ilə məzarların salınmasını əks etdirən videogörüntülər yayıldıqdan sonra bu, sosial şəbəkələrdə müharibəyə hazırlıq kimi qiymətləndirilmişdi.


Axar.az-ın məlumatına görə, Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində bu barədə də sualı cavablandırıb. 


Nazir, sözügedən ərazidə əsgər məzarlığının salındığını təsdiq edib.


“Hardasa, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı var idi. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.
Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, ancaq qəbiristanlıq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”.


Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər: 


“Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur. Ancaq mən bir daha deyirəm: Azərbaycan Ordusu müharibəyə gecə-gündüz hazırlaşır, düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir və bunu arzulayır”.


BUTA.WS

Paylaş
Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla