Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Türkiyədə "Mübariz İbrahimov" zirvəsinə yürüş olacaq

Ölkə
Türkiyədə "Mübariz İbrahimov" zirvəsinə yürüş olacaq

Türkiyənin İqdır vilayətində Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun simvolik adı verilən zirvədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq. 

 

Azərbaycanın Qarsdakı Baş Konsulluğundan BUTA.WS-a verilən məlumata görə, vilayətin Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə hər iki dövlətin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti (90X70 sm) yerləşdiriləcək.

 

Qeyd olunub ki, sentyabrın 16-da vilayət mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Sentyabrın 17-də isə baş konsul Nuru Quliyev, Azərbaycanın tanınmış ziyalıları, Türkiyənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda konfrans keçiriləcək.

 

Qeyd edək ki, dağ idmançılarının marağını çəkən, turistləri cəlb edən Təkaltı dağının cənub zirvəsinə keçən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. 

Paylaş
Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla