Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

24 yaşlı oğlanı bıçaqlayan şəxs: İnanmırdım ki, bu xəsarətlə ölər

Kriminal
24 yaşlı oğlanı bıçaqlayan şəxs: İnanmırdım ki, bu xəsarətlə ölər

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda gənc oğlanın ölümünə səbəb olmaqda təqsirləndirilən Sahib Nadirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş şəxsin anası bildirib ki, oğlu xəsarət alandan sonra vaxtında xəstəxanaya çatdırılmayıb: "Yanında olan dostları oğlumu saatlarla Sumqayıtda gəzdirib, sonra Bakıya xəstəxanaya gətiriblər. Xəstəxanaya çatandan 20 dəqiqə sonra isə deyiblər ki, Faiq ölüb. Heç olmasa, Sahib özü vurandan sonra xəstəxanaya aparaydı...".

Təqsirləndirilən S.Nadirov bildirib ki, vurduğu şəxsin xəsarətlərinin ağır olduğunu bilməyib: "İnanmırdım ki, bu xəsarətlə ölər. Bilsəydim, tez xəstəxanaya çatdırardım".

Növbəti proses sentyabrın 20-ə təyin edilib.

İttihama görə, bu ilin iyun ayında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Cəlilabad rayon sakini, 24 yaşlı Faiq Cəfərov qarın nahiyəsindən bıçaq yaraları alıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Sahib Nadirov polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham verilib./trend

 

Paylaş
Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla