Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlandı - FOTO

Kriminal
Bakıda avtomobil alverçisi olan 2 qardaş müştəri tərəfindən bıçaqlandı -     FOTO

Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.

 

BUTA.WS APA-ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib. Belə ki, 38 yaşlı Tahirov Etibar Təşkilat oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

 

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.

 

Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri E.Tahirovun mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.

 

Maşın almaq istəyən müştəri tərəfindən bıçaqlanan Etibar Tahirovun qardaşı, 1981-ci il təvəllüdlü Tahirov Cavid Təşkilat oğlu da 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Məlum olub ki, müştəri əvvəlcə Cavid Tahirovu, sonra isə Etibar Tahirovu bıçaqlayıb. Cavid yaxınları tərəfindən evə aparılsa da, vəziyyəti ağır olduğundan xəstəxənaya gətirilib.

Paylaş
Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla