Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Möhtəşəm kompozisiyada Təyyarın bağışlanmaz səhvi – VİDEO

Gündəm
11 Sentyabr 2019
07:25
Möhtəşəm kompozisiyada Təyyarın bağışlanmaz səhvi –      VİDEO

İyulun 30-da Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan əsilli müğənni Sami Yusifin görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya səsləndirilib. Sözügedən kompozisiyanı ötən gün Sami Yusif öz Yutub kanalında paylaşdıqdan sonra böyük rezonans doğurub.

 

Kompozisiyada xanəndə Təyyar Bayramov və Aşıq Samirə də yer alıb. Təyyar Bayramov Nəsiminin məşhur qəzəlinin iki beytini oxuyub.

 

Qəzəlin 2-ci beytinin ikinci misrası əvəzinə xanəndə üçüncü beytin ikinci misrasını səsləndirib, daha sonra isə 3-cü beytin də kompozisiyada Təyyar tərəfindən ifa edildiyini görürük.

 

Beytin bütövlükdə bir məzmun kəsb etdiyini və fikri tamamladığını nəzərə alsaq, T.Bayramovun ifasındakı səhvin ciddi olduğunu demək olar. Nəsiminin bu qədər məşhur qəzəlində beytlərdəki misranın yerini səhv salmaq isə bağışlanmaz səhvdir və savadsızlıq da sayıla bilər.

 

Məsələ ilə bağlı Kult.az-a danışan əməkdar artist Təyyar Bayramov konsert haqda danışıb. Bildirib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən konsertdə bir sıra dövlət rəsmiləri iştirak edib:

 

“Konsertdə Sami Yusifin bəstələri ifa olunub. Bütün musiqi alətləri milli olduğu kimi, ifaçıların da hamısı azərbaycanlı idi. Sami Yusif də birgə oxumaq üçün bizi seçmişdi. Bu bizim üçün çox sevindirici haldır”.

 

T.Bayramov sözügedən kompozisiyada qəzəlin ikinci beytinin ikinci misrası əvəzinə üçüncü beytin ikinci misrasını oxumasına da münasibət bildirib:

 

“Həmin tədbirdən əvvəl bir dəfə də konsert keçirilmişdi. Bütün məşqlərdə və birinci konsertdə misraların oxunmasında heç bir problem olmayıb. Canlı ifa zamanı hər şey ola bilər. Misralar ifaçının yadından çıxa bilər. Konsertdən sonra mənə məlumat verdilər ki, problem olub, amma ilk konsertdəki səsi montaj edib, həmin hissədə düzəliş edəcəklər. Görünür, etməyiblər. Düzü, hələ o konsertin videosuna baxmamışam”.

 

O, S.Yusiflə növbəti belə layihələr həyata keçirməyi planlaşdırdığını söyləyib:

 

“Sami Yusif müxtəlif təkliflər irəli sürüb və bildirib ki, ona da uyğun olan xalq mahnısı və ya Ramazan bayramı ilə bağlı hər hansı bir ifanı dünya arenasına çıxarmaq üçün dəstək verəcək.

Gələcəkdə ola bilsin, əməkdaşlığımız davam etsin. Sami Yusif hətta özünün bir mahnısında istifadə etmək üçün oğlum Kənan Bayramlının da səsini yazıb götürüb”.

Paylaş
Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla