Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Paşinyan bunu ancaq xəyal edə bilər" — Deputat

Siyasət
4 Sentyabr 2019
13:00
"Paşinyan bunu ancaq xəyal edə bilər"     — Deputat

"Nikol Paşinyanın Ermənistan 2050 – İnkişaf Strategiyası ilə bağlı səsləndirdiyi tezislər heç nəzəri cəhətdən reallaşdıırılması mümkün olmayan təkliflərdir".


BUTA.WS xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında  deputat Kamran Bayramov deyib.


Onun sözlərinə görə, Paşinyanın ÜDM-nin həcminin qarşıdakı 30 il ərzində təxminən 15 dəfə artırılması, 1,5 milyon yeni iş yeri açması, əhalinin sayının 5 milyona çatdırılması reallıqdan uzaq ideyalardır. 


“Paşinyan bunu ancaq xəyal edə bilər. Lakin reallaşdıra bilməz. Bunun üçün ölkənin iqtisadi və insani resursu imkan vermir. Bu gün iqtisadiyyatı  əsasən dağ-mədən sənayesi hesabınadır. 


2018-ci ildə Ermənistanın ixrac strukturuna nəzər salsaq,  dediklərimizi aydın şəkildə görə bilərik. Belə ki, ötən il Ermənistanın  ixrac strukturunun özəyini dağ-mədən sənayesinin xam və yarım-fabrikat malları (23 %), təbii daş-qaş və digər metallar (12,8 %), tütün məmulatları (11,2 %) və içkilər (9,63 %) təşkil edib. Bu da ölkə iqtisadiyyatının primitiv iqtisadi modelə sahib olduğu təsdiq etdiyindən hansısa ciddi uğurlar əldə etməsini qeyri-mümkün edir.  Yəni bu yolla ÜDM-ın həcmini 15 dəfə artırmaq və iddialı iqtisadi layihələri reallaşdırmaq mümkün deyil. Bu üçün heç bir iqsadi resurs və potensila mümkün deyil. 


Paşinyanın turizmin inkişafı ilə bağlı səsləndirdiyi fikirlərin də elə bir ciddi əsası yoxdur.  Ermənistanın nə dənizə çıxışı var, nə də müasir standartlara və böyük turuist cəlb etmək üçün qış-yay turizm mərkəzi yoxdur. Mövcud tursim infrastrukturları ilə deyilən iddiaları reallaşdırmaq xəyaldan başqa bir şey deyil”- deputat bildirib.


Deputat onu da bildirib ki, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər maliyyə və iqtisadi institutlar da Ermənistanın perspektivli iqtisadi inkişafını görmür və bunu öz hesabatlarında qeyd edir. 


“Beynəlxalq təşkilatlar da verdiyi proqnozlarda Paşinayanın fikirlərini iqtisadi cəhətdən əsaslanmayan inkişaf konsepsiyası və  qısa müddətli dövrə hədəflənmiş populist addım hesab edirlər. Bundan əlavə olaraq BVF-nin proqnozları  ilə Ermənistan hökumətinin açıqladığı sənədlər arasında ciddi fərqlər var. Strateji sənəddə 2024-cü ildə ÜDM-nin ümumi həcminin 22 milyard dollar, adambaşına düşən miqdarı isə təxminən 6,6 min dollar olacağı qeyd edilsə də, BVF-nin proqnozlarına əsasən, ÜDM-nin həcmi 17 milyard dollar, adambaşına düşən miqdarı isə 5,7 min dollar təşkil edəcək. İqtisadiyyatın inkişafında digər həlledici indikator hesab edilən ixrac həcminin də gələcəyi sual atındadır. Çünki BVF-nin proqnozlarına əsasən, bu günədək ticarət əməliyyatlarında idxalın ixracdan üstün olması tendensiyası hələ uzun müddət artaraq davam edəcək.


Paşinyan iqtidarı isə ölkənin düşdüyü acınacaqlı durumun baiskarının keçmiş rəhbərlik olduğunu desə də,  Ermənistanın yerləşdiyi coğrafi mövqe və apardığı işğalçı xarici siyasətdir. Ən əsası da həyata keçirdiyi işğalçılıq siyasəti və bunun nəticəsində üzləşdiyi iqtisadi blokada nəticəsində ölkənin sosial-iqtisadi həyatına mənfi təsir etməkdədir və bugünədək heç bir ciddi nailiyyət əldə edilməməsinin əsil səbəbi budur”-K.Bayramov bildirib. 

Paylaş
Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla