Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”

Kriminal
“Şəhərdə mini geyinən görəndə qucaqlayıb buraxıram”

Bakıda 30-a yaxın qadını küçədə qucaqlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Rauf Süleymanovun məhkəməsi başlayır.


R.Süleymanov barəsində 2018-ci ilin sentyabrında başlanan cinayət işinin istintaqı artıq yekunlaşıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Əhməd Quliyevin sədrliyi ilə aparılacaq.


R.Süleymanov qeyd edilən tarixdə Xətai rayonunda səhər saatlarında yetkinlik yaşına çatmayan bir qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi üçün saxlanılıb. 


O‚ ifadəsi zamanı bu hərəkəti dəfələrlə törətdiyini etiraf edib. R.Süleymanov ilkin ifadəsində bildirib ki‚ 20-dən çox qadına hücum edib: 


"Şəhərdə mini ətək geyinən qızlar görəndə qucaqlayıram‚ sonra buraxıram. Təb gələndə özümü saxlaya bilmirəm”.


R.Süleymanov Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilir. Bu ittiham məhkəmədə sübuta yetirilərsə‚ R.Süleymanovu 8 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.(Qafqazinfo)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla