Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

İki qardaş tələbə qızı qaçırıb elə şey etdilər ki,... — Azərbaycanda ŞOK OLAY

Kriminal
İki qardaş tələbə qızı qaçırıb elə şey etdilər ki,...     — Azərbaycanda ŞOK OLAY

Azərbaycanda adam oğurluğu, zorlama, cinsi əlaqəyə vadar etməkdə ittiham olunan İslam Məmmədov, onun qardaşı İlqar Məmmədov və bacıları – Əntiqə Məmmədovanın (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


BUTA.WS Teleqraf.com -a istinadən xəbər verir ki, İlqar Məmmədov qabaqcadan əlbir olub bir qrup şəxs halında adam oğurlayıb, həmçinin öz qardaşı İslam Məmmədovla əlbir olub, İslam Məmmədov və bacısı Əntiqə Məmmədovanın köməkliyi ilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cəhd edib, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.


İlqar Məmmədov Tural adlı şəxslə adam oğurlamaq məqsədilə 22 oktyabr 2015-ci il tarixdə, saat 13 radələrində istifadəsində olmuş "Pajero" markalı avtomobildə Samirə Vəliyevanın Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı evə yaxın olan "Hallavar" kafesinin yanına gedib.


Həmin vaxt kollecə dərsə gedən Samirə Vəliyevanı qaçırmaq məqsədilə zorla avtomobilin salonuna mindirib, əl-qolunu tutaraq müqavimətini qırmaqla avtomobildən düşməsinə imkan verməyiblər.


Tural isə avtomobili idarə edərək birlikdə Samirə Vəliyevanın iradəsinə zidd olaraq evlənmək məqsədilə oğurlayıblar. Onlar qızı İlqar Məmmədovun Buzovna qəsəbəsində yaşadığı evə aparıblar.


Həmin gün Samirə Vəliyevanın anası Kəmalə Vəliyeva və digər qohumları İlqar Məmmədovun yaşadığı evə gedib. İlqar Məmmədov Samirə Vəliyevanı öz evlərinə qaytaracağını söz verib.


Sonuncunu anası və digər qohumları ilə birlikdə avtomobilə mindirərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu ərazisində yaşadığı evlərinin yanına qaytarıb.


Həmin evin qarşısında Kəmalə Vəliyeva və digər şəxslər maşından düşüblər. Onlar maşından düşən kimi İlqar Məmmədov avtomobilin qapılarını içəridən bağlayıb və Samirə Vəliyevanın iradəsinə zidd olaraq avtomobili hərəkətə gətirərək onu təkrarən oğurlayaraq gecəni öz maşınında saxlayıb.


Səhər açıldıqda isə Samirə Vəliyevanı öz bacısı Əntiqə Məmmədovanın Maştağa qəsəbəsi, "Gülçülük" sovxozunda yaşadığı evinə aparıb.


Lakin növbəti gün Samirə Vəliyevanın qohumları onun saxlanıldığı yeri öyrənərək həmin ünvana gəliblər və öz evlərinə aparıblar.


Bundan sonra, İlqar Məmmədov qardaşı İslam Məmmədov və istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş digər şəxslə yenidən adam oğurlamaq məqsədilə 30 noyabr 2015-ci il tarixdə, saat 20 radələrində istintaq zamanı müəyyən edilməmiş avtomobildə Maştağa qəsəbəsi, Ramana sovxozu deyilən əraziyə gəliblər.


Orada Samirə Vəliyevanın nənəsi Maya Vəliyeva ilə kollecdən gəlməsini görüblər. Bu vaxt İlqar Məmmədov qardaşı İslamla birlikdə maşından düşüblər.


İslam Məmmədov qardaşı İlqara Samirə Vəliyevanı zorla maşına mindirməsinə köməklik göstərib. İslam Məmmədov Maya Vəliyevanın əl-qolunu tutaraq yerə yıxıb, İlqar Məmmədov isə Samirə Vəliyevanı tutaraq zor tətbiq etməklə avtomobilə mindirib.


Daha sonra onu qohumu Rafiq Səməndərovun yaşadığı Ramana sovxozu deyilən ərazidəki nömrəsiz evə gətiriblər. Samirə Vəliyevanı orada üç gün saxlayıblar.


İlqar Məmmədov həmin evdə olduqları müddətdə Samirə Vəliyevanın bədəninin müxtəlif yerlərinə şillə və yumruqla vurub, zor tətbiq edərək müqavimətini qırıb, onu öpüb və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.


Dekabrın 2-də İlqar Məmmədov həmin evdə qardaşı İslam və bacısı Əntiqə ilə birlikdə zor tətbiq etməklə Samirə Vəliyevanı yerə yıxaraq paltarlarını soyundurub, müqavimətini qırmaq məqsədilə onun əllərini və ayaqlarını kəndirlə çarpayıya bağlayıblar.


Bundan sonra İlqar Məmmədov Samirə Vəliyeva ilə cinsi əlaqəyə girmək üçün onun üstünə uzanıb. Lakin Samirə Vəliyeva yenə də aktiv müqavimət göstərdiyinə görə onunla cinsi əlaqədə ola bilməyib.


İlqar Məmmədov öz cinayətkar niyyətini həyata keçirməkdə israrlı olub. O, barmağı ilə Samirə Vəliyevanın qızlıq pərdəsinin tamlığını pozmaqla ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.


Bu hadisədən sonra Samirə Vəliyevanın ailə üzvləri hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında təqsirli bilinən hər üç şəxs məsuliyyətə cəlb olunub.


İstintaq orqanı tərəfindən İlqar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 29,149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlamaya cəhd etmək), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.


Digər təqsirləndirilən şəxslər İslam Məmmədov və Əntiqə Məmmədovanın barəsində isə 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək), 32,29,149.2.1-ci (iştirakçılıq, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlamaya cəhd etmək) və 32,150.2.1-ci (iştirakçılıq, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 10 il, İslam Məmmədov 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Əntiqə Məmmədovanın barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə cəzası şərti hesab olunub.


Hökmdən narazı qalan məhkumlar – İlqar Məmmədov və İslam Məmmədov apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.


Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti daha sonra qərarını açıqlayıb. Qərara görə, qardaşların şikayəti təmin olunmayıb.


Bu qərardan narazı qalan İslam Məmmədov kasasiya şikayəti verib. O, şikayətində qardaşına evlənmək məqsədi ilə qız qaçırmasına köməklik etdiyini deyib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.


İslam Məmmədovun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayətin təmin edilməməsi barədə qərar elan edilib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla