Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qurban Qurbanov: "Oyunçular sabah meydanda daha istəkli olacaqlar"

İdman
Qurban Qurbanov: "Oyunçular sabah meydanda daha istəkli olacaqlar"

"Vacib oyuna çıxırıq. Rəqibin ciddi olduğunu başa düşürük. Buna görə oyuna həddindən artıq ciddi hazırlaşmışıq. Oyunçular sabah meydanda daha istəkli olacaqlar və ən yaxşısını etməyə çalışacaqlar. Lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban QurbanovŞimali İrlandiya "Linfild"inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda 100-cü - yubiley qarşılaşmasına çıxacağı barədə düşünmür: "Hər matç bizim üçün vacibdir. Belə turnirlərdə mütləq qələbə lazım olur. Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm. Arzu edirəm ki, "Qarabağ"ın Avropada daha çox oyunu olsun".

"Düşünürəm ki, Azərbaycansayağı künc zərbəsinə ehtiyac olmayacaq. Standart vəziyyəti bəzən rəqibə uyğun yerinə yetiririk. Hazırkı rəqib buna imkan vermir. Amma fərqli nədənsə istifadə edə bilərik" deyən Qurbanov düzgün müdafiə olunmağın vacibliyini diqqə çatdırıb: "Komandalar var ki, qapalı oyun üslubuna üstünlük verirlər. Belə oyunlarımız çox olub. Bəzən 2-3 qol vurmuşuq. Sadəcə, belə görüşlərdə oyunçular daha sərrast və diqqətli olmalıdırlar".

Təcrübəli baş məşqçi tribunaların dolacağına ümidvar olduğunu da sözlərinə əlavə edib: "Düşünürəm ki, stadionda az adam olmayacaq. Fanatların hər birini yanımızda hiss edirik".
Qurbanov son olaraq rəqib həmkarı David Hilinin "Qarabağ" bizim qanımızı içmək istəyəcək" ifadəsinə münasibət bildirib: "Bu, idmandır. Məğlub tərəf mütləq qələbə qazanmaq istəyəcək. İndi həmin matçlardan biridir. İdman prinsiplərinə əməl etməyə çalışacağıq. Çox da belə dərinliklərə getmək istəmirəm. Çalışıb ən düzgününü etməliyik ki, qalib gələk".

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2. Cavab görüşündə Azərbaycan komandasına minimal hesablı qələbə də kifayət edəcək. /report

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

İdman bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla