Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Gültəkin Hacıbəyli qayınanasına 50 min dollar "atıb" — MƏHKƏMƏ İŞİ

Kriminal
Gültəkin Hacıbəyli qayınanasına 50 min dollar "atıb"    — MƏHKƏMƏ İŞİ

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili  Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası ilə bağlı yeni detallar məlum olub.


BUTA.WS xəbər verir ki, keçmiş qohumlar arasında artıq uzun müddətdir ki, davam edən məhkəmə prosesinin səbəbi hələ evli olan zaman tərəflər arasındakı 50 min dollarlıq borc məsələsidir.


Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə G.Hacıbəyli qayınanasından qeyd olunan məbləğdə pul alıb. G.Hacıbəyli 2003-cü ildə N.Məmmədovanın oğlu ilə ailə həyatı qurub və elə həmin il qeyd olunan mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib.


Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Ümumiyyətlə, həmin mənzil təmir edilməyib və Hacıbəyli o evdə yaşamayaraq anasının yanına köçüb. Mənzil isə kirayə verilib. Baş verənlərdən xəbər tutan N.Məmmədova o zaman deputat olan G.Hacıbəylidən pulu geri qaytarmağı tələb etsə də, buna nail ola bilməyib və iş məhkəməyə qədər gedib çıxıb. Nəticədə Məmmədova borcu qaytarmaq üçün öz evini satmaq məcburiyyətində qalıb.


O da ortaya çıxıb ki, G.Hacıbəyli hələ deputat olarkən qayınanasını məhkəməyə verərək ondan 20 min manat pul almağa nail ola bilib. Xəbərə görə, o, N.Məmmədovanın evində qeydiyyata düşmək və ya əvəzində qeyd olunan məbləğdə kompensasiya  ödənilməsi ilə bağlı iddia qaldırıb. Maraqlıdır ki, məhkəmə deputatın iddiasını təmin edib və qayınana gəlininə əlavə olaraq 20 min manat da ödəməyə məcbur olub.


Bütün bu qalmaqalların baş verdiyi dövrdə millət vəkili prokurorluq orqanlarında işləyən keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin vəzifəsindən azad edilməsinə də nail olub.


Uzun müddət məhkəmə prosesləri bu gün də yekunlaşmayıb. Sonradan Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Lexus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilə həbs qoyulub.(Yeni Sabah)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla