Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Mən dəliyəm ki, Məhəmməd Əli ilə rinqə çıxım?!" — Deputat əfsanəvi boksçu ilə görüşündən DANIŞDI

Gündəm
"Mən dəliyəm ki, Məhəmməd Əli ilə rinqə çıxım?!"     — Deputat əfsanəvi boksçu ilə görüşündən DANIŞDI

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Abiyev əfsanəvi boksçu Məhəmməd Əli ilə görüşü barədə açıqlamasının sosial şəbəkələrdə təhrif olunduğunu iddia edir. 


Ağacan Abiyev BUTA.WS-a açıqlamasında bildirib ki, onun Məhəmməd Əli ilə yalnız rinqdənkənar görüşü olub.


Deputat həmin görüşdən çəkilmiş xatirə fotosunu bu gün saxladığını deyir:


"Bu gün bir jurnalist mənə zəng edib deyir ki, siz Məhəmməd Əli ilə rinqə çıxarsınız? Başa düşmürəm, axı bu nə qəribə sualdır? Mən dəliyəm ki, Məhəmməd Əli ilə rinqə çıxım?! Məhəmməd Əli 91 kiloqramda döyüşüb, mən isə 57 çəki dərəcəsində mübarizə aparmışam. Ən əsası isə Məhəmməd Əli peşəkar boksçu olub. İndi mən dəli zadam ki, özümdən qat-qat ağır çəkidə olan idmançı ilə rinqə çıxım?! Qaydalara görə də heç bizi bir rinqə buraxmazdılar".


Zaur Hacılı
BUTA.WS  

Paylaş
Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla