Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycan Ordusu İRƏLİLƏYİR — Ermənilər döyüş postlarını itirir (AÇIQLAMA)

Gündəm
Azərbaycan Ordusu İRƏLİLƏYİR     — Ermənilər döyüş postlarını itirir (AÇIQLAMA)

Azərbaycan ordusunun Qazax istiqamətində taktiki irəliləməsi və strateji nöqtələri nəzarətə alması Ermənistana mesajdır.


BUTA.WS bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.


Politoloq hesab edir ki, ordumuzun hazırkı aktivliyi Paşinyanın təxribatlarının qarşısını almış olur:


"Son aktivlik Qarabağda müharibə başlayarsa, Azərbaycan Ordusunun bütün istiqamətlərdə işğalçıya zərbə vuracaq gücünü ortaya qoymuş oldu. Ermənistan tərəfi Naxçıvan və digər sərhəd istiqamətində təxribat reallaşdırsa da artıq, onların bu təxribatları döyüş postlarının itirilməsi ilə nəticələnir”.

 

Image result for Азербайджанская армия атаковала


Politoloq qeyd edib ki, rəsmi İrəvan danışıqlarda maraqlı deyil:


"Çünki Ermənistanın siyasi sistemi və bu ölkəyə təsir edən Rusiya Qarabağ məsələsində güzəştə hazır deyil. Ona görə də Paşinyan iqtidarı ümumiyyətlə, ərazi məsələsində Moskva ilə kordinasiyalı fəaliyyət gstərəcək. Məhz Rusiyanın Təhlükəsizlik katibi Patruşevin İrəvana səfərində bu kimi məsələlələrin razılaşdırılmasını istisna etmirəm. Ermənistan nəinki, ərazi güzəştinə hazır deyil, Paşinyan ölkə daxilində öz müsbət imicini qaldırmaq üçün yeni ərazilərin tutulmasında və ordumuza qarşı zərbə vurmaqda maraqlıdır. Ermənistanın Qazax istiqamətində strateji əraziləri ələ keçirməsi ilə bağlı dezinformasiyası da Paşinyanın daxili auditoriyaya hesablanmış gedişidir”.

 

Related image


Politoloq vurğulayıb ki, rəsmi Bakı cəbhəboyu təzyiqləri artırmaqla, diplomatik danışıqlarda da öz hücum taktikasını inkişaf etdirməlidir:


"Artıq Ermənistanla geosiyasi şərtlər daxilində danışıqların aparılması nəticəsizdir. Yalnız güc yolu ilə müəyyən irəliləyişə nail olmaq lazımdır. Rusiya isə bizə ərazilərimizin güc yolu ilə azad edilməsinə və Ermənistana daha çox təzyiq etməyimizə mane olmağa çalışacaq. Avropa və ABŞ-la əlaqələri daha da inkişaf etdirməklə, daxili islahatlara getməklə, Moskvanın təzyiqlərindən yayına bilərik”.(Redaktor.az)

Paylaş
Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla