Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"İqbal Məmmədovla bağlı şikayət daxil olsa, məsələyə baxılacaq" — Ağacan Abıyev

Gündəm
"İqbal Məmmədovla bağlı şikayət daxil olsa, məsələyə baxılacaq"     — Ağacan Abıyev

"Deputat İqbal Məmmədovla bağlı Milli Məclisin İntizam Komissiyasına heç bir şikayət daxil olmayıb".


Bunu BUTA.WS-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev İqbal Məmmədovun rəhbəri oluğu "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyi əməkdaşlarının döyülməsi məsələsinə münasibət bildirərkən deyib.


Ağacan Abıyev İqbal Məmmədovla bağlı mətbuatda yazılanlardan xəbərsiz olduğunu söyləyib:


"Onunla bağlı İntizam Komissiyasına heç bir müraciət daxil olmayıb. Heç bir şikayət daxil olmadan bizim ixtiyarımız yoxdur ki, bu məsələyə baxaq. Gərək hər hansı şikayət olsun ki, biz ona baxaq". 


Komissiya sədri bildirib ki, bəzən deputatlarla bağlı şikayət daxil olur:


"Arzu edirəm ki, deputatlarla bağlı heç bir şikayət olmasın. Nə qədər şikayət olmursa, deməli insanlar rahat yaşayır".


Elçin Rizvanoğlu
BUTA.WS

Paylaş
Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla