Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Azərbaycanlı qadın miqrantı sığınacaqda ölümcül döydülər — FOTOLAR

Kriminal
Azərbaycanlı qadın miqrantı sığınacaqda ölümcül döydülər    —  FOTOLAR

Azərbaycandan olan mühacir qadın Almaniyada qaçqınlar üçün sığınacaqda ölümcül döyülüb.virtualaz.org alman KİV-lərinə istinadən xəbər verir ki, ağır xəsarətlər alan Seviniya K. adlı 41 yaşlı qadın Lambshaym dairəsində, Frankentalsk şəhər xəstəxanasındadır. Onun sol ayağı sınıb və bədənində çoxsaylı xəsarətlər var. Qadın Lambshaymda qaçqınlar üçün sığınacaqda bu xəsarətləri alıb.


Məlumata görə Seviniya K. Almaniyaya Azərbaycandan üç il əvvəl gedib. Peşəcə farmasevtdir, alman dilini tez öyrənib və tibb bacısı kusunu keçib. 12 gün əvvəl sığınacaqda qadınla qonşuları arasında mübahisə yaranıb.


“Söhbət adi stuldan gedirdi, mən onu həyətdən götürüb qonşunun pəncərəsinin qabağına qoymuşdum. Qəfildən qonşunun iki oğlu mənə hücum etdi. Onlar məni əlləri və ayaqları ilə vurmağa başladılar”,-qadın deyir.


Qadın üçün baş verənləri unutmaq asan olmayacaq, çünki gələn həftə o xəstəxanadan buraxılacaq və yenidən sığınacaqda, onu döyən adamlarla qonşuluqda yaşamalı olacaq.


Şəhər meri Maxael Rayt deyir ki, onlar durmadan yeni həll yolu axtarırlar, qadına yeni mənzil tapmağa çalışırlar. “Əgər biz yeni mənzil tapa bilməsək o yenidən həmin sığınacağa qayıtmağa məcbur olacaq”,-mer deyib.


Qadına hücum edən 17 və 19 yaşlı şəxslər barəsində cinayət işi qaldırılıb, amma həbs olunmayıblar. Həmin şəxslərin hansı ölkədən olduqları göstərilmir.

 
Paylaş
Kriminal bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla