Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Bakıda bu park sökülür — Yerində ASAN Xidmət olacaq

Ölkə
Bakıda bu park sökülür     — Yerində ASAN Xidmət olacaq

Bakının Xətai rayonunda yerləşən Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının xeyli hissəsi hasara alınıb, yaşıllıq ərazisi təhlükə altındadır.


BUTA.WS xəbər verir ki, bu barədə məlumatı Feysbukda “Ekofakt” səhifəsi palyaşıb.


Məlumatda bildirilib ki, uzun müddət öncə sözügedən ərazi hasara alınaraq yaşayış binasının tikilməsi məqsədilə xeyli yaşıllıq məhv edilmiş və binanın bünövrəsi qazılaraq yerə beton tökülmüşdü. Lakin sakinlərin etirazı nəticəsində işlər dayandırılmışdı.


Artıq bir neçə gündür ki, parkın hasara alınmış hissəsi iki dəfə genişləndirilib.


Sakinlərin sözlərinə görə, ərazinin hansı məqsədlə hasara alınması barədə heç bir məlumatları yoxdur. Bununla əlaqədar dəfələrlə aidiyyatı qurumlara etdikləri müraciətlər də nəticə verməyib.


Hasara alınmış ərazidə xeyli yaşıllıq olmasına baxmayaraq baxımsızlıq və susuzluq ucbatından ağaclar məhv olmaq üzrədir.


Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Axar.az-a açıqlamasında bildirib ki, hasara alınan ərazidə ASAN Xidmət mərkəzi tikiləcək:


“Olduqca əhəmiyyətli və dövlət dəstəyi ilə tikiləcək olan ASAN Xidmət mərkəzinin tikintisi zamanı hər hansı neqativ addım atıla bilərmi? Heç bir yaşıllıq məhv edilməyəcək və edilə də bilməz. Tikinti ərazisinə düşən ağaclar köçürülə bilər. Ancaq tikintiyə mane olmayan bütün yaşıllıqlar qorunacaq. Dövlət özü yaşıllıq salır, yaşıllıqları qorumaq üçün tədbirlər görür. Ola bilərmi ki, heç Bakının ən gözəl parklarından birinin yaşıllıqları qırılsın?


Ərazidə yüksək səviyyəli iş aparılacaq. Aparılan işlər, həmçinin ekoloji vəziyyət həm Prezident İlham Əliyevin, həm də vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Burada heç bir qanunsuzluq baş verə bilməz. Xətai Rayon İcra Hakimiyyəti də imkan verməz ki, parkda hansısa neqativ iş görülsün”.

 
Paylaş
Ölkə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla