Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək"

Gündəm
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək"

Universitetdə oxuduğumuz illər idi. O vaxtlar universitetin hərbi kafedrası var idi və həftədə bir gün “hərbi hazırlıq” dərsi keçirilirdi. Dərsdə yalnız oğlanlar olurdu. Bir dəfə tənəffüsdə iki tələbə yoldaşımız arasında söz atışması oldu və qarşıdurma söyüşə keçdi. Tərəflərdən biri ən kəskin kişi söyüşlərini qarşı tərəfə yağdırırdı, söyüşə məruz qalan tələbə yoldaşımız isə bu söyüşlərə adekvat cavab vermir, hətta haqlı olmağına baxmayaraq özünü normal şəkildə nə sözlə, nə əllə müdafiə edə bilmirdi. Söyüş söyən isə öz aləmində qarşısındakının əfəlliyini görüb daha da qızışır və dördmərtəbəli kişi söyüşlərini yağdırıb, qarşısındakının bütün var-yoxunu ortaya qoyurdu. Nəhayət, söyüşlərə, təhqirə məruz qalan tələbə yoldaşımız dilləndi: “Onda.., onda sənin də başına zibil olsun”. Bir anlığa araya sükut çökdü və hamı, hətta söyüş yağdıran tərəfin qəribə, təəccüb doğuran və sonda qəhqəhə ilə müşayət olunan reaksiyası hamıya keçdi, amma hamının içində bir qəzəb də yarandı: bu cür söyüşlərin qarşısında bu nə yazıq cavab idi? Tərbiyəli yox, yazıq, mağmın, əfəl...


 
Söyüş söyən də, ona cavab verə bilməyən də - nə qədər tərbiyə yiyəsi olsa da - qınandı.


 
Paşinyan 5 avqustda bizim öz torpağımızda bizi söyəndən, təhqir edəndən (başqa adı varsa, deyin) sonra bizim rəsmilərin yarıkönülsüz cavablarını eşitdikcə yadıma 40 il əvvəl baş vermiş bu hadisə düşdü və paralellik aparası oldum. Qeyri rəsmi şəxslərin sosial şəbəkələrdəki münasibətləri öz yerində, bəzi rəsmilərin cavabları, hətta “sənin də başına zibil olsun”dan da çox – çox zəif görünür. Yeni məsələ deyil, 26 illik işğalın sahibinin dediyini “provakasiya” adlandırmaq üçün gərək nə qədər “tərbiyəli mağmın” olasan ki, hələ bir bunu da  Azərbaycanın “uğuru” adlandırasan. Qraf Monteskeyenin çox dəyərli bir sözü var: “hər bir vətəndaş vətən uğrunda ölməyə borcludur, amma heç vaxt onu vətən naminə yalan danışmağa borclu etməyin”. Paşinyanın dediklərini “provakasiya” adlandıranlardan soruşmaq lazımdır ki, erməni baş nazir bizi nə üçün provakasiyaya çəkir? Belə çıxır ki, bu “provakasiya” dan qəzəblənib hücuma keçmiş olsaydıq, tələyə düşəcəkdik? Paşinyanın bəyanatından qəzəblənib  torpağı azad etməyə başlasaydıq, məğlub olacaqdıq? Bəs, güclü ordumuz, bəs, sayı bilinməyən generallarımız? Siz bu ordunu, bu generalları provakasiyaya uduzacaq qüvvəmi sandınız? Yoxsa, qrafın dediklərindən - “vətən naminə yalan danışmağa borclu” olanlardansınız? Mən deyərdim ki, qraf  sizləri nəzərə alsaydı, “vətən naminə” sözlərini  “tutduğunuz vəzifə naminə” ilə əvəz edərdi.


Məsələyə həm yalan, həm də avantürist yanaşmaq zərərlidir. Real yanaşmaq lazımdır. Əksəriyyətin təkrar etdiyi fikir budur ki, bütün çəkindirici faktorların başında Rusiya dayanır. Rusiya Qarabağ cəbhəsində müharibə istəmir, sülh də istəmir, mövcud status-kvo onun maraqlarına uyğundur, amma bu vəziyyət həm də Ermənistanı qane edir. Yeganə zərərçəkən Azərbaycandır.  Biz optimal yolu indiyədək həll edə bilməmişik, necə etməliyik ki, heç olmasa Ermənistan narazı qalsın. Rusiya qarşısında bu qədər ehtiyatlı davranışın başqa səbəbləri də var və bu yalnız  Rusiyanın bizə hərbi güc göstərəcəyi, təzyiq edəcəyi ilə bağlı deyil. Hiss olunur ki, Rusiyadan yalnız Qarabağa görə deyil, tamam başqa məsələlərdə də taleyüklü asılılıqlar mövcuddur. Rusiya təzyiqindən Ermənistan – konkret olaraq Paşinyan daha az çəkinir, nəinki biz. Deməli, Rusiyanın bizimlə hesablaşmasının yollarını tapmalıyıq və buna Azərbaycanın kifayət qədər manevr imkanları var.

 

Rusiyanı getdikcə etiraz dalğaları bürüyür. Putin 20 illik hakimiyyəti dövründə ən aşağı reytinqə malikdir. Ona qarşı xalqın qəzəbi getdikcə artır. Rusiya 90-cı illərin Yeltsin inqilabı ərəfəsindədir. Bu ərəfəni dəyərləndirmək lazımdır. İqtisadi böhran artıqca, Suriyada, Donbasda hərbi xərclər və canlı itkilər çoxaldıqca Rusiya başqa bir döyüş ocağının yaranmasını istəməz. Deməli, bizim hərbi cəhətdən Qarabağ cəbhəsində düşmənə zərbə endirib, ən azı 2016-cı ilin aprel gərginliyini yaşatsaq, Rusiya bizə əmr verməyəcək, xahiş edəcək, o cümlədən Avropa da, ABŞ-da, elə Ermənistan da... Yetər ki, dəqiq və uğura hesablanmış ağıllı, çevik döyüş əməliyyatı hazırlansın. Nəticədə Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək. VƏ PROSES DAVAM ETMƏLİDİR!  Dayanmaq olmaz! Düşmən( lər) bilməlidir ki, bu artıq “ bir atımlıq barıt” deyil, davamı olacaq. O zaman ATƏT-də ciddi şəkildə maraqlı olub, danışıqları həqiqətən də “substantiv” edəcək. Ən əsası danışıqlarda vaxt qoyulmalıdır. Konkret vaxt ərzində konkret prinsiplərə əməl olunma, şərt kimi irəli sürülməlidir. Vaxt qoyulmasa, məsələ daha bir 26 il uzanacaq. Ya hə, ya yox!


 
Deyilənləri xəyal, arzu, reallıqdan uzaq hesab etmək lazım deyil. Rusların özlərinin yaxşı bir atalar sözü var: “şeytan təsvir olunan qədər də qorxunc deyil”.  (Moderator.az)

 

İlham İsmayıl

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla