Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Əli Həsənovun nəvəsinin azadlığa çıxmasına vəkilinin münasibəti: "Böyütmək lazım deyil"

Gündəm
Əli Həsənovun nəvəsinin azadlığa çıxmasına vəkilinin münasibəti:     "Böyütmək lazım deyil"

Xəbər verdiyimiz kimi, Ali Məhkəmə Baş Nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin dərhal azad edilməsi barədə qərar çıxarıb. 

 

BUTA.WS xəbər verir ki, N. Allahverdiyevin vəkili Muxtar Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu, tam haqlı və hətta gecikmiş qərardır:

 

“Adam hadisə yerindən qaçmadığı və videogörüntülər olduğu halda ona yalandan hadisə yerindən qaçma ittihamı verilmişdi. Bakı Apelyasiya Məhkəməsi həmin qərarın əsassız olduğunu isbat edib. Nail Allahverdiyev 1 il cəzaçəkmə müəssisəsində qalmalı deyildi. Birinci gündən məntəqə tipli cəzaçəkmə müəssisəsində olmalı idi. 

 

İstənilən halda onun üçün rejimin dəyişməsinin hüquqi əsası var. Çünki o, bir il qanunda nəzərdə tutulmayan cəza alıb. Adam cəzasını çəkib. Şərti cəza veriləndə də cəzanı çəkirsən. Bu, ehtiyatsızlıqdan olan cinayət işidir. Böyütmək lazım deyil. Jurnalistlər milçəkdən fil edir”.

 

Xatırladaq ki, N.Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin etmişdi.

 

Daha sonra Bakı Apellyasiya Məhkəməsi 2 avqust 2018-ci il tarixli qərarla N.Allahverdiyevin cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. Vəkili bəraət tələbilə Ali Məhkəməyə şikayət edib.

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla