Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Ermənilər Ağdərədə 100 milyonluq layihəyə girişib

Gündəm
Ermənilər Ağdərədə 100 milyonluq layihəyə girişib

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində daha bir irimiqyaslı infrastruktur layihəsi başladıblar. 


BUTA.WS erməni mənbələrinə istinadən xəbər verir ki, bu dəfə işğalçılar Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd həm də işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır.


Layihə barədə qondarma "dqr”in keçmiş "baş naziri”, hazırda "Sərsəng SES”-in rəhbəri olan Araik Arutyunyan məlumat verib. 


O deyib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək və nəticədə 200 milyon kilovatt saat elektrik enerjisi hasil olunacaq. Habelə 10 min hektar əkin sahəsi suvarlılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq, bu Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir.


Arutyunyan deyib ki, su kanalının tikintisi sayəsində Ağdərə, Ağdam, Xocavənd rayonlarında indiyə qədər sususluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək.


Qeyd edək ki, indiyə qədər ermənilər onsuz da Sərsəng su anbarından Azərbaycanın nəzarətində olan ərazilərə yaz-yay aylarında suyun ötürülməsinə məhdudiyyətlər yaradırdılar, payız-qış aylarında isə artıq suyu anbardan buraxmaqla Tərtər ərazisində subasmaya səbəb olurdular. Azərbaycan dəfələrlə ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında Sərsəng su anbarı ilə bağlı məsələni qaldırıb.


İndi isə belə görünür ki, yeni su kanalının çəkilməsi ilə işğalçılar Azərbaycanın nəzarətində olan ərazilərə gələn suyu daha çox məhdudlaşdıracaqlar. Həmin o cümlədən işğal altındakı Ağdamın əkin sahələrini suvarmaya yönəldiləcək və beləliklə də Ağdamda məskunlaşdırma üçün daha geniş imkan yaranacaq.


Hansı ki, Ermənistan bu günlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bu, Qarabağı Ermənistana birləşdirən üçüncü yol olacaq və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına hesablanıb.(Virtualaz.org)

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla