Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Paşinyan meymunluq edir, ona yerini göstərmək lazımdır" — Milli Məclisin deputatı

Gündəm
"Paşinyan meymunluq edir, ona yerini göstərmək lazımdır"     — Milli Məclisin deputatı

"Nikol Paşinyan meymunluq edir, insanlarımızın əsəbləri ilə oynayır. Ona konkret yerini göstərmək lazımdır". 


Bu fikirləri BUTA.WS-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. 


Deputat deyib ki, əslində Paşinyan bu cür addımları ilə özünü pis vəziyyətdə qoyur:


"Çünki biz sübut etmişik ki, Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır, ancaq bunu pozan işğalçı Ermənistandır. Heç kəs narahat olmasın, Paşinyan bu addımlarına görə layiqli cavabını alacaq. Müharibəyə gözəl deməzlər, amma gözəl bir müharibə olacaq. Ona görə ki, ədalətli müharibə gözəldir. Ədalətli müharibə olacaq və Azərbaycan işğalçıları yerində oturdacaq".


A.Abbas Nikol Paşinyanın bu cür bəyanatlarına "yumşaq" reaksiya verdiyinə görə Azərbaycanın Xarici İşlər Nazirliyini də qınayıb:


"Paşinyanın cavabını başqa cür vermək lazımdır. Bizim Xarici İşlər Nazirliyi elə bəyanat verir ki, onu oxuyanda mənim gülməyim gəlir. Bu cür bəyanat vermək olmaz. Bəyanatı BMT-yə, ATƏT-ə vermək lazımdır ki, axı siz nə qələt edirsiniz! Axı BMT, ATƏT hara baxır ki, Paşinyan bu cür addımlar atır? Bu beynəlxalq təşkilatlar Paşinyanın hərəkətlərinə münasibət bildirməlidir. Yoxsa ki, bizim Xarici İşlər Nazirliyinin Ermənistana verdiyi bəyanat kimə laızmdır? Təbii ki, Ermənistan tərəfi də deyəcək ki, yaxşı edirəm!".


Elçin Rizvanoğlu
BUTA.WS

Loading...
Paylaş

Sizin reklam yeriniz     Ölçü: 600x100

+994702372227

Gündəm bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla