Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Putinlə təcili danışıqlara başlamalıyıq – Deputat

Siyasət
Putinlə təcili danışıqlara başlamalıyıq –     Deputat

Rusiya Qərblə qarşıdurma vəziyyətindədir. Rusiyada hakimiyyət daxilindəki Qərbə bağlı qüvvələr demokratik qüvvələrə dəstək verməklə ölkə daxilində vəziyyəti gərginləşdirmək, Putini küncə sıxıb geri çəkilməyə məcbur etmək istəyirlər.

 

Axar.az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev açıqlamasında deyib:

 

Belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında qanlı savaşın başlaması Putini daha pis vəziyyətə sala bilərdi.

 

Həm də Azərbaycanda hakimiyyət daxilində kriminallaşmış, daha böyük səlahiyyətlər üçün alışıb yanan güclərə dəstək olmaqla sürətli inkişafa yol açacaq islahatların dayandırılmasını təmin edərdi. Ona görə də həm Qərbdəki ermənipərəst qüvvələr, həm də onların Rusiya hakimiyyətindəki əlaltıları Paşinyana belə bir açıqlama ilə çıxış etməyi tapşırıblar. Onlar düşünürlər ki, bu açıqlamadan sonra Azərbaycan heç nə etməyib yenə danışıqlardan danışsa hakimiyyətin nüfuzuna xalq arasında ciddi zərbə dəyəcək. Bundan sonra isə payızda ölkədə sabitliyi pozmaq üçün ciddi zəmin yaranacaq.

 

İqtidarın indiki durumda nə etməli olduğu barədə suala Qüdrət Həsənquliyev belə cavab verib:

 

“Həmişə dediyim kimi yenə təkrar edirəm. Biz Putinlə təcili danışıqlara başlamalıyıq. Onu inandırmalıyıq ki, Rusiyanın bölgədə mövcudluğunu qoruması üçün bu münaqişəni saxlamaq lazım deyil. Bu münaqişə Rusiya üçün də təhlükə yaradır. Biz Rusiyanın bölgədə öz mövcudluğunu saxlaması üçün onun liderliyi ilə yaradılmış regional təşkilatlara qoşula, ikitərəfli müqavilələr bağlaya bilərik. Əgər Putin ciddi qərarlar qəbul edə bilməyəcəksə, onda iqtidar xalqla açıq danışmalı, Rusiya ilə münasibətlərə yenidən baxmalı və peşəkar ordu quruculuğu istiqamətində vacib qərarlar qəbul etməlidir”.

 
Q.Həsənquliyev bildirib ki, ordu quruculuğuna gəlincə, ilk növbədə müdafiə naziri mülki, yüksək intellektə malik, təcrübəli və siyasi baxımdan hazırlıqlı şəxs olmalıdır:

 

“Ən azı 30 min nəfərlik, dağlıq ərazidə döyüşməyi bacaran peşəkar ordu birləşmələri yaradılmalıdır. Cənubi Azərbaycandan, Türkiyədən, Pakistandan, Əfqanıstandan ehtiyatda olan, hərbi əməliyyatlarda iştirak etmiş zabitlər və hərbçilər müqavilə əsasında orduya cəlb olunmalıdır. Müddətli hərbi xidmətə çağırış 6 aya endirilməlidir. Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyədə və Milli Hərbi Akademiyada təhsil almış kadrlarla gücləndirilməlidir. Bununla yanaşı, paralel olaraq Azadlıq savaşı başlayana qədər cəbhə xəttində hər gün işğalçıları öldürməyə çalışmalıyıq. Xalqı sülhə yox, torpaqlarımızın azadlığı və milli şərəfimiz üçün ölüm-qalım savaşına hazırlamalıyıq”.

Paylaş
Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla