Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702515020
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

"Gürcüstanın bütün ərazisini işğal etmək lazım idi" — Jirinovski

Siyasət
"Gürcüstanın bütün ərazisini işğal etmək lazım idi"     — Jirinovski

"Gürcüstanın bütün ərazisini işğal etmək lazım idi".


BUTA.WS bildirir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Tsarqrad telekanalının Moskva ilə Tbilisi arasındakı münasibətlərlə bağlı sualını cavablandırarkən deyib.


O, həmçinin təxribatlara elə cavab verməyə çağırıb ki, heç kim "Rusiyanı aşağılamağa cəsarət etməsin”.


“Bütün Gürcüstanı işğal etmək lazım idi. Saakaşvilini həbsə almaq, onu burada müharibənin başlanmasına görə mühakimə etmək və Giorqadzeni (Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri, Mixail Saakaşvili rejimi ilə mübarizə aparan Ədalət partiyasının üzvü İqor Giorqadze - red.)- Rusiyanın tərəfdarını hakimiyyətə gətirmək lazım idi”, - deyə Jirinovski bildirib.


Siyasətçi çox sayda rus əsgərinin öldürüldüyünü də xatırladıb.


"Gürcüstan. Orada bizim ordumuz dururdu. Niyə çıxardılar? Yaxşı, müharibə... Hələ müharibəyə qədər onlar bizim 100 hərbi qulluqçumuzu məhv etdilər. Təkcə Sxinvalidəki sülhməramlıları yox, həm də  Abxaziyadakıları. Ərazidə hansısa düşərgələr yaradılırdı, orada Abxaziyanı müdafiə edə biləcək adamlara təlim keçirdilər. 100 nəfər adamı...”, - RLDP sədri vurğulayıb.


“Gürcüstan sakit rejimdə olardı, bizə sakit sərhədlər lazımdır. Əgər müharibəni başlayırlarsa, onda biz onu sərt şəkildə  dayandırmağa məcburuq", - deyə V.Jirinovski əlavə edib.


Üstəlik, millət vəkilləri “önləyici xarakter” daşıyan profilaktik tədbirləri də istisna etməyiblər.


"Mütləq sərt cavab tədbirləri lazımdır ki, heç kəs hətta düşünməyə belə cəhd etməsin ki,  bizim ölkəmizi necəsə aşağılamaq”, - deyə Jirinovski fikrini yekunlaşdırıb.

Paylaş
Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Sadiq Mirzəyevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2515020

E-mail: [email protected]

Bağla