Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Türkiyə AB-nin sanksiyalarına münasibət bildirib

Siyasət
Türkiyə AB-nin sanksiyalarına münasibət bildirib

AB-nin Türkiyəyə qarşı sanksiyaları onun Aralıq dənizinin şərqində qaz hasilatı ilə bağlı fəaliyyətinə heç bir təsir göstərməyəcək.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında deyilir. “AB Şurası tərəfindən qəbul olunmuş qərar Aralıq dənizinin şərq hissəsində karbohidrogen qazının hasilatını davam etdirmək baxımından ölkəmizin qətiyyətinə təsir etməyəcək”, - açıqlamada belə deyilir.

Türkiyə XİN, həmçinin onu da əlavə edib ki, ölkə qaz əldə olunması istiqamətində öz fəaliyyətini genişləndirmək niyyətindədir.

Qeyd edək ki, AB iyulun 15-də Kiprin azad iqtisadi zonasında aparılan karbohidrogen yataqlarının kəşfiyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq edib. Həmin zonada Türkiyəyə məxsus iki – “Fatih” və “Yavuz” qazma qurğuları yerləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şelf yataqlarında kiprli türklərin hüquqlarının ölkəsi tərəfindən qorunmasına hazır olduğunu bəyan edib və yeri gəldikdə hərbi gücdən istifadə ediləcəyini də bildirb.

Paylaş
Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla