Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Təyyarələr Ankaraya enir: ABŞ-ın susqunluq səbəbi...

Siyasət
Təyyarələr Ankaraya enir:     ABŞ-ın susqunluq səbəbi...

Vaşinqton hazırda Ankara üçün yeni sərt sanksiyalar hazırlayır və buna görə də hələlik heç bir reaksiya vermir.

 

Bu sözləri BUTA.WS-ə açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Rusiyadan S-400-ləri alması prosesinin bir neçə gündür davam etməsinə ABŞ-ın heç bir reaksiya verməməsi haqqında danışarkən deyib. O bildirib ki, ABŞ artıq hansısa boş bəyanatlar verməyəcək, Türkiyəyə qarşı sanksiyalara başlayacaq:

 

“ABŞ bu günə qədər Türkiyəyə Prezident və XİN səviyyəsində lazımı sözləri deyib və öz xəbardarlığını dəfələrlə edib.

 

Vaşinqton elə hesab edirdi ki, Ankara onun təhdidlərinə boyun əyib, S-400-ləri almaqdan vaz keçəcək.

 

Lakin Türkiyə təhdidlərə məhəl qoymayaraq, S-400-ləri Rusiyadan aldı. Bundan sonra artıq ABŞ Ankaraya qarşı sərt mövqedə hərəkət edəcək. Həmçinin Almanıya, Fransa və Belçika da Türkiyəyə qarşı ABŞ-ın yanında olacaq. Ümumiyyətlə, Qərb artıq təhdid və xəbərdarlıqla deyil, birbaşa Ankaraya qarşı ağır sanksiyalara başlayacaq”.

 

Q.Hüseynli hazırda Türkiyəyə S-400-ləri almağın heç bir xeyri olmadığını bildirib:

 

“Hesab edirəm ki, S-400-ləri almaq hərbi baxımdan Türkiyə üçün o qədər də vacib deyildi. Çünki ölkə iqtisadiyyatının bu qədər ağır vəziyyətində 2.5 milyard dolları belə ağır silaha xərcləməyi doğru hesab etmirəm. Ümumiyyətlə, ABŞ-ın sanksiyalar tətbiq etməsi gündəmə gələndən Türkiyə iqtisadiyyatında ciddi zəifləmələr başladı. Bütün bunları nəzərə alaraq aydın görünür ki, Türkiyə S-400-lərlə bağlı tələsik qərar verib”.

 

Qeyd edək ki, Ankaranın Rusiyadan S-400 alması səbəbindən Ağ Evin Türkiyəyə sanksiya tətbiq edəcəyi yönündə iddialar yayılmaqdadır. Hətta 15 iyul qiyamının ildönümündən sonra Türkiyəyə qarşı sanksiyaların elan edəcəyi gözlənilir.

Paylaş
Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla