Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Qarabağda vəziyyət gərginləşir — Politoloqdan AÇIQLAMA

Siyasət
Qarabağda vəziyyət gərginləşir     — Politoloqdan AÇIQLAMA

“Paşinyanın öz adamını seçki yolu ilə Dağlıq Qarabağda hakimiyyətə gətirməsi mümkün olmayacaq”.


BUTA.WS xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağın separatçı rejimi arasında qarşıdurmanın güclənməsini şərh edən politoloq Qabil Hüseynli deyib.


Qabil Hüseynli bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın öz adamını Dağlıq Qarabağdakı separatçı rejimin başına gətirməsi imkan xaricindədir:


“Bildiyiniz kimi, separatçıların indiki rəhbəri Bako Saakyan öz postunda qalmaq niyyətində olmadığını bəyan edib. Onun yerinə çox sayda namizədlər ortaya çıxıb. Həmin namizədlərdən biri də Paşinyanın adamıdır. 


Bir çoxları belə hesab edirlər ki, Paşinyan təsir imkanından istifadə edərək, öz namizədini Saakyanın yerinə əyləşdirə biləcək. Ancaq vəziyyət göstərir ki, bu çox çətin, hətta mümkünsüzdür. Çünki işğalçı ölkənin eks-prezidenti Robert Köçəryanın həbs edilməsindən sonra, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında böyük bir uçurum yaranıb. Dağlıq Qarabağda Paşinyana nifrət çox yüksək həddədir, onu didməyə də hazırdırlar.


Bu nöqteyi-nəzərdən, Paşinyanın adamının Dağlıq Qarabağ ermənilərini yönəltmək imkanı qazanacağı real deyil. Paşinyanın dəstəklədiyi şəxsin Xankəndində hakimiyyəti götürə bilməməsi isə Ermənistan və Dağlıq Qarabağ ermənilərinin münasibətlərini daha da kəskinləşdirəcək.

Paylaş
Siyasət bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla