Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Hacı Mazan təcili olaraq DTX-nin hospitalına köçürüldü - Əməliyyat olundu

Hadisə
Hacı Mazan təcili olaraq DTX-nin hospitalına köçürüldü - Əməliyyat olundu

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalov gecə saatlarında yenidən əməliyyata alınıb.

Bu barədə  Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, xəstə gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb və dərhal əməliyyat olunub

“Onun həkimi isə Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli olaraq qalıb. Köçürüldüyü xəstəxanada gecə saatlarında əməliyyat edilib. Hazırda vəziyyəti stabildir. Həkim nəzarətində saxlanılır”.

Xatırladaq ki, Hacı Mazan iyulun 2-də Neftçalada ağır yol qəzasına düşüb. Ona bədənin çoxsaylı sınığı diaqnozu qoyulub. Bundan başqa, iş adamının ağciyərləri ciddi zədə alıb. Qəzadan sonra əməliyyat olunan R.Zeynalovun növbəti əməliyyata ehtiyacınınm olduğu, lakin vəziyyətinin buna imkan vermədiyi bildirilirdi./oxu.az

Paylaş
Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla