Ana səhifə   |    Haqqımızda   |    Reklam
+994702372227
USD: 1.7000
EUR: 1.8902
RUB: 0.0254
TRY: 0.3230

Rusiyada azərbaycanlı ata və oğullarını vəhşicəsinə döydülər

Hadisə
Rusiyada azərbaycanlı ata və oğullarını vəhşicəsinə döydülər

Rusiyada MMA döyüşçüsü başda olmaqla kazaklar azərbaycanlı ailənin üzvlərini amansızcasına döyüblər.


“Znak.com” xəbər verir ki, hadisə Çelyabinsk bölgəsinin Verxnıy Ufaley şəhərində baş verib.


Hadisəni yerli üç kazak və qarışıq döyüş növləri üzrə idmançı Sergey Kalinin törədib. Qumbara və odlu silahlarla silahlanmış kazaklar yerli sahibkar Eminəli Musayevin ailə üzvlərini döyüblər.


Əvvəlcə onun 24 yaşlı oğlu İlqarı kafedə amansızcasına vurublar. İlqar atası və qardaşı ilə birlikdə məsələni dinc yolla həll etməyə gələndə isə şəhərin mərkəzində onların üstünə atılıblar. Bununla belə, İlqarın köməyə gəlmiş iki dostuna slavyan olduqlarına görə, toxunmayıblar.

 

Valideynləri ilə birlikdə uzun müddətdir Verxnıy Ufaley şəhərində yaşayan 24 yaşlı İ. Musayevlə yerli kazaklar arasında insident iyulun 2-də “Sozvezdie” kafesində baş verib. İlqarın sözlərinə görə, yarım il əvvəl keçmiş xüsusi təyinatlı İvan Spiridonovla dalaşıb. Onlar bir-birilə danışdıqdan sonra ayrılıblar. Həmin vaxtdan İlqar İvanı görməyib.

 

İ. Musayev bildirib ki, bir müddət əvvəl kazakların sırasına qoşulmaq istəyib. Lakin ona müsəlman olduğu üçün kazakların cərgəsinə qoşula bilməyəcəyini deyiblər.

 

İyulun 1-də kazakların liderlərindən biri, MMA döyüşçüsü S. Kalinin İlqara zəng edərək fikrindən daşınıb-daşınmamasını soruşur. İlqar bu məsələnin bağlandığını desə də S.Kalinin azərbaycanlının onlarla zarafatlaşdığını əsas gətirərək növbəti gün onunla görüşməyi təklif edib.

S. Kalinin “Sozvezdie” kafesinə doğma qardaşı Rodion və həmin xüsusi təyinatlı İvanla gəlir. Görüş zamanı S. Kalinin İlqarı söyüb, ailəsini, anasını təhqir edib. İlqar ona “axmaqsanmı” deyəndə S. Kalinin yumruqla onun başına zərbə endirir. İlqar oturduğu stuldan yerə yıxılır. Rodion onu ayağa qalxmağa qoymur, İvan isə tapança ilə hədə-qorxu gəlməyə başlayır və havaya atəş açır.

 

Ardından İlqarı döyərək əllərini qandallayırlar. İlqarın doğma qardaşı Elfat zəng edərək həmin uşaqlarla danışmağı və münaqişəni sülh yolu ilə nizamlamağı təklif edib. İyulun 3-də ata və oğulları kazaklarla görüşüb. Lakin görüş yerində kazaklar silahlı olublar. Onlardan biri Elfata qılıncla zərbə yetirib. Ardından 20-yə yaxın kazak davaya qoşulub. Azərbaycanlıları möhkəm döyüblər, hətta yerdə sürüyüblər, sonra isə atəş açmağa başlayıblar. Hadisə yerində yeddi giliz tapılıb. Polis hadisə yerinə gələndə münaqişəni yatırmaq əvəzinə baş verənləri telefona çəkməyə başlayıb. Polis hadisə yerində heç kəsi saxlamayıb. Davanın iştirakçıları hadisə yerindən qaçıblar.

 

Sonradan məlum olub ki, Kalinin qardaşları və Spiridonov saxlanılıb. Onlara xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb. (oxu.az)

 

Paylaş
Hadisə bölməsinə aid digər xəbərlər
İndi oxunanlar

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan BUTA.WS saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 2372227

Bağla

Facebook səhifəmizi bəyənin

“BUTA.WS” xəbər portalı 2019-ci il aprel ayının 25-dən fəaliyyətə başlayıb. Saytın yaradılmasında məqsəd oxucularına Azərbaycanda, eləcədə regionda və dünyada baş verən hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir.

“BUTA.WS” internet portalı tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Bunu rəhbər tutaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, yazılı və elektron mətbuatı, media təşkilatlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını və vətəndaşları aktiv əməkdaşlığa dəvət edirik.

“BUTA.WS” xəbər saytının rəhbəri Xəyal Abdullayevdir.

Əlaqə: Telefon / Whatsapp: +994 70 2372227

E-mail: [email protected]

Bağla