"Qarabağ" - "Viktoriya" matçına cəmi 224 bilet qaldı

01:02 - 17 Avqust 2022 - İDMAN

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün satışa çıxarılmış biletlər tükənmək üzrədir.

Buta.ws-ın məlumatına görə, bu barədə "köhlən atlar"ın rəsmi saytı xəbər yayıb. Bildirilib ki, qarşılaşma üçün cəmi 224 bilet qalıb.

Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol