Şəmkirdə qəza: bir ailənin 4 üzvü xəsarət aldı

00:50 - 17 Avqust 2022 - GÜNDƏM

 Şəmkirdə qəza: bir ailənin 4 üzvü xəsarət aldı

Şəmkirdə avtomobil qəzasında bir ailənin 4 üzvü xəsarət alıb.

Buta.ws-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun "Karaz yolu" adlanan avtomobil yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü L.Qurbanova, 2009-cu il təvəllüdlü N.Qurbanov, 2011-ci il təvəllüdlü R.Qurbanov və 1985-ci il təvəllüdlü N.Qurbanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı digər avtomobildə olanlar ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol