Ordumuz Laçına girsin, gözləyə bilmərik…

21:38 - 16 Avqust 2022 - GÜNDƏM

 Ordumuz Laçına girsin, gözləyə bilmərik…

Erməni terrorçularının Laçında minalar basdırdığı faktı şəhəri tərk etmələri üçün verilən vaxtın Kəlbəcərdə və digər ərazilərdə olduğu kimi əleyhimizə işlədiyini təsdiq edir: minaların piyada əleyhinə olması da göstərir ki, hədəf Laçına qayıdacaq mülki azərbaycanlılardır.

Buna paralel olaraq, evlər və meşələrin yandırılması ermənilərin bölgəni sakit tərk etmək niyyətində olmadığını təsdiqləyir. Heç kim zəmanət verə bilməz ki, kompensasiya almaq üçün yandırılmayan evlərə “sürpriz mina”lar qoyulmayacaq.

Bunların qarşısını müəyyən qədər almaq üçün nələrsə edilməlidir:

- Minaların basdırıldığı faktını əsas götürərək, çıxarılma prosesini Azərbaycan Ordusunun müşayiət etməsi tələbi irəli sürülə bilər;

- Elektrik enerjisinin dayandırılması tarixi irəli çəkilə bilər: məlumatlara görə, Laçın şəhəri və Zabuxda qalan ermənilərə avqustun 20-dən sonra elektrik enerjisinin dayandırılacağı deyilib, bunu daha tez etmək ermənilərin çıxmasını sürətləndirər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol