Onlar özlərini ekspert adlandıra bilməz - Məleykə Abbaszadə

14:06 - 16 Avqust 2022 - GÜNDƏM

 Onlar özlərini ekspert adlandıra bilməz - Məleykə Abbaszadə

Təhsil sahəsində təcrübəsi və elmi məqalələri olmayan, eləcə də elmi konfranslarda çıxış etməyən şəxslər özlərini ekspert adlandıra bilməz.

Buta.ws xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

O bildirib ki, ekspert sözü məsuliyyət tələb edir: "Təqdim etdiyimiz məlumatları bəzi adamlar özləri də səsləndirir. Deyirlər ki, biz belə düşünürük. Bu məlumatlar onsuz da açıqdır. Valideynlərə hər dəfə deyirik, rəsmi məlumatlara müraciət etsinlər. İstəyən adam statistikaları əldə edib, düzgün qərar verə bilər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol