Qasım Süleymaninin qızı Livan vətəndaşı oldu

12:30 - 16 Avqust 2022 - GÜNDƏM

 Qasım Süleymaninin qızı Livan vətəndaşı oldu

Livan Prezidenti Mişel Aun SEPAH-ın Qüds briqadasının öldürülən komandanı Qasım Süleymaninin qızı Zeynəb Süleymaniyə vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.

Buta.ws xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Məlumatın Livan mediasında dərc olunması sosial media istifadəçilərinin tənqidi reaksiyalarına səbəb olub.

Sosial şəbəkə istifadəçiləri Zeynəb Süleymaniyə Livan vətəndaşlığının verilməsinə etiraz ediblər. Sosial şəbəkə istifadəçiləri bildiriblər ki, əksər ölkələr vətəndaşlığı dünyanın əksər dövlətlərində terrorçu kimi tanınan şəxsin qızına deyil, adətən elm adamları, sənətçilər, ziyalılar, həkimlərə verir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol