Melitopolda iki ardıcıl partlayış: yayım dayandırıldı

12:20 - 16 Avqust 2022 - GÜNDƏM

 Melitopolda iki ardıcıl partlayış: yayım dayandırıldı

Müvəqqəti olaraq işğal altında olan Melitopolda iki partlayış baş verib.

Buta.ws xəbər verir ki, bunu Melitopol şəhərinin meri İvan Fyodorov deyib.

"Melitopolda saat 7:00-da yarımstansiyanın ərazisində 2 partlayış qeydə alınıb. Bundan sonra ruslar tərəfindən ələ keçirilən televiziyanın yayımı dayandırılıb. İlkin məlumata görə, tranzit kabellərə ziyan vurulub. Rusiya təbliğatı sakinlərimizin beynini nə qədər yumağa çalışsa da, buna nail ola bilmirlər. Melitopollular müdafiəni saxlayır, müqavimət qüvvələri isə rusların hər şeyini zərərsizləşdirir”, - mer bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol