Solovyovdan yeni müharibə anonsu: Onları xilas etməliyik...

12:14 - 16 Avqust 2022 - GÜNDƏM

 Solovyovdan yeni müharibə anonsu: Onları xilas etməliyik...

Latviyada 1 milyon 800 min əhali yaşayır ki, onların da 40 faizi, yaxud 720 mini rusdilli insanlardır. Biz onları xilas etməliyik. Biz onları müdafiə etməliyik.

Buta.ws xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalının efirində rusiyalı teleaparıcı Vladimir Solovyov bildirib.

"Bu insanlar bizim qardaşlarımızdır. Bizim başqa variantımız yoxdur. Litvada bu göstərici azalıb, amma yenə də ölkənin 5% - ni təşkil edir. Bu ölkələrdə rus dilində danışan belaruslar və ukraynalılar da var. Onları kim qoruyacaq? Bu insanların öz ana dilində danışmasını qadağan etmək tamamilə nasist təcrübəsidir. Biz nasizmlə mübarizədə qələbənin təminatçısı kimi buna yol verə bilmərik. Müharibə davam edir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın situativ tərəfdaşı olan Türkiyə bu məsələdə kifayət qədər konkretdir: "Onlar ruhən türkmeyilli, türkdilli olan insanları dünyanın hər yerində müdafiə edirlər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol