Azərbaycanda neçə nəfər peyvənd olunub?

17:30 - 14 Avqust 2022 - GÜNDƏM

 Azərbaycanda neçə nəfər peyvənd olunub?

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 409 vaksin vurulub.

Bu barədə Buta.ws Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 908, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 160 nəfərdir.

Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 839 106, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 370 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 674, üç və daha çox doza üzrə peyvənd olunanların sayı3 352 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 134 nəfərdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol