Almaniyanın qaz anbarları dolur: Aİ-nin planı baş tutur

14:38 - 14 Avqust 2022 - GÜNDƏM

 Almaniyanın qaz anbarları dolur: Aİ-nin planı baş tutur

Almaniyanın qaz anbarlarının artıq 75,43%-i dolub.

Buta.ws xəbər verir ki, bu barədə ölkənin operator şirkətləri məlumat yayıb.

Aİ-nin may ayında qəbul edilmiş qaz anbarı ilə bağlı qaydalarına əsasən, sentyabrın 1-dək 75%-lik göstəriciyə çatmaq planlaşdırılırdı. Almaniyanın Qaz və Hidrogen Saxlama Sistemləri Operatorları Assosiasiyasının (INES) məlumatına görə, yay aylarında qaz istehlakını azaltmaqla və Avropanın şimal-qərbindən mavi yanacağın idxalının həcmini artırmaqla anbarların doldurulmasını sürətləndirmək mümkün olub.

Aİ-nin reqlamentinə əsasən, Almaniyanın anbarları oktyabrın 1-dək ən azı 85%, noyabrın 1-dək isə ən azı 95% dolu olmalıdır. Ancaq indiki sürət davam edərsə, bu hədəflərə daha tez çatmaq mümkün olacaq.

Aİ-nin planına görə, artan qaz ehtiyatları Rusiyadan qaz tədarükünün tamamilə dayandırılmasına qədər qaz bazarındakı istənilən dalğalanmaları kompensasiya edəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol