Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

12:32 - 14 Avqust 2022 - GÜNDƏM

 Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

Şabranda avtomobil qəzası baş verib.

Buta.ws xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun rayonun Çuxurəzəmi kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, (kimliyi dəqiqləşdirilir -red). Eyni zamanda Şabran rayon sakinləri - 1958-ci il təvəllüdlü İbrahimov Gülmirzə Əlifşalı oğlu, 1959-cu il təvəllüdlü İbrahimova Gülümnaz Əlisahib qızı, 1986-cı il təvəllüdlü İbrahimova Xuraman Heydər qızı və Sumqayit şəhər sakini 1957-ci il təvəllüdlü Türbətov Məhəmməd Əmirulla oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol