Rus ordusu Dnepropetrovsku "Uraqan"la vurdu

22:46 - 13 Avqust 2022 - GÜNDƏM

 Rus ordusu Dnepropetrovsku

Rusiya hərbçiləri “Uraqan” reaktiv yaylım atəş sistemi vasitəsilə Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonuna zərbələr endiriblər.

Buta.ws xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət şurasının sədri Nikolay Lukaşuk məlumat verib.

“Uraqan”lardan Koşevoye kəndinin kənarındakı Şirokovskaya icmasını vurdular. Atışma nəticəsində elektrik verilişində fasilə yaranıb. Bundan əlavə, Bolşaya Kostroma da atəşə tutulub və orada elektrik şəbəkələri də zədələnib”, - məlumatda qeyd olunub.

Lukaşuk əlavə edib ki, atəş nəticəsində heç kim xəsarət almayıb, yaşayış binası dağılmayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol