"Qarabağ" son dəqiqələrdə vurduğu qollarla qalib gəldi

20:38 - 13 Avqust 2022 - GÜNDƏM

Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında II turun daha bir matçı keçirilib.

Buta.ws xəbər verir ki, son çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

"Kapital Bank Arena"dakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, "gənclik şəhəri" təmsilçisi iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün digər oyununda "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol